Uğur güclüləri sevir
17.10.2012 - 17:41
“Yevgeni Lovçev və Aleksandr Bubnovla razı deyiləm. Özüm də zamanında yığmamızı tənqid etmişəm. Amma bu gün komandamız tərifəlayiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın veteran futbolçusu Valeri Reyqnold deyib.
“Spartak”ın əfsanəsi yığmamızla oyun barəsində də danışıb. O, rusiyalı futbolçuların qələbəyə layiq olduğunu bildirib: “Azərbaycanla oyuna futbolçularımız yorğun çıxmışdılar. Amma onların gözündə qığılcım və özlərini göstərmək istəyi gördüm. Bu, bəs edər, uşaqları alqışlayıram.
Düzdü, erkən qol vursaydıq, daha asan olardı. Amma alınmadı. Yığma oyunboyu Azərbaycanın müdafiəsini yarmaq məcburiyyətində qaldı.
Komanda ən azı bir qola layiq futbol oynadı. Baxmayaraq ki, Bıstrova qarşı qayda cərimə meydançasının kənarında pozulmuşdu. Uğur güclüləri sevir. Biz bu qələbəyə layiq idik”.

0
0