“Qalatasaray”ın prezidentinə cinayət işi açıldı
17.10.2012 - 23:02
“Qalatasaray”ın prezidenti Ünal Aysal barəsində cinayət işi açılıb. Apasport.az saytının xəbərinə görə, klub rəsmisi fırıldaqçılıq və manipulyasiyada günahlandırılır.
Türkiyə mətbuatının yağdığına inansaq, Aysalın vəzifəyə gəldiyi vaxt "Qalatasaray"ın səhmlərinin dəyəri 430 lirədən 180 lirəyə düşüb. İddialara görə, Aysal klubun başına gəldikdən sonra satışdan əldə etdiyi 168 milyon lirə gəliri saxtalaşdıraraq bunu xeyli aşağı göstərib və pulun çox hissəsini mənimsəyib.
Rəqəmlərlə desək, "Cim-Bom" Aysalın dövründə ümumilikdə 800 mindən çox müxtəlif istehsal malı satıb. Aysal barədə açılan işə Türkiyə Ticarət Məhkəməsi baxacaq. İlk məhkəmə iclası noyabrın 20-nə təyin olunub.

0
0