“Fənərbaxça”da yarpaq tökümü
17.10.2012 - 23:12
“Fənərbaxça”da yarpaq tökümü
Aleks de Souzanın qalmaqallı ayrılığından sonra "Fənərbaxça"da yarpaq tökümünün davam edəcəyi gözlənilir. Komandada kifayət qədər forma şansı tapa bilməyən bəzi oyunçular ayrılıq tələbini rəhbərliyə çatdırıblar.

Apasport.az saytının Türkiyə KİV-inə istinadən xəbərinə görə, Semih Şəntürk, Miroslav Stok və Henri Bienvenu qış transfer dövründə komandanı tərk etmək üçün "Fənər" idarəçiliyindən icazə istəyiblər. Stok rus komandalarının ona etdiyi təklifləri qəbul etməyi düşünür. Miloş Krasiçin gəlişindən sonra çox vaxt ehtiyatda qalan gənc futbolçu komandadan ayrılmağa qəti gözlə baxır. Əgər sərfəli təklif gələrsə, "sarı-lacivərdlər" də Stoku göndərmək istəyir.

Bienvenu və Semih isə Mousa Sou və Dirk Kuytun kölgəsində qaldığından komandanı tərk etmək niyyətindədi.