“Taksi olsaydı, həmin qola 20 lirə yazardı” - MÜSAHİBƏ
17.10.2012 - 23:05
"Trabzonspor" "Sivasspor"la qarşılaşmada əsas qapıçısı Tolqa Zenginin zədələnməsi ilə böyük üzüntü yaşamışdı. Çiyni çıxan qolkiper indi yerini ehtiyat qapıçı Onur Kıvraka verib. Onur isə göstərdiyi oyunla heç də Tolqadan zəif olmadığı sübut edib. Elə Zengin özü də bu vəziyyətdən narahat deyil. Təcrübəli əlcək sahibinin dediyinə görə, qapıda Onur kimi biri dayanıbsa, o heç vaxt narahatçılıq keçirmir.
- Sağalandan sonra heyətdəki yerinə qayıda biləcəyini düşünürsünüz?
- Yəqin ki. Mən də, Onur da həmişə "Trabzonspor"un uğurları üçün çalışmışıq. Legioner bir qapıçının ehtiyatı olmasındansa, bir-birimizin arxasında gözləmək daha yaxşıdı.
- Yenidən əsas qapıçı olub-olmamağınız Onurla aranızda problem yaratmayacaq?
- Biz Onurla qardaş kimiyik. Mən oynayanda o mənə, o oynayanda mən ona dəstək çıxıram. Hətta ikimizin də ehtiyatda qaldığımız vaxtlar olub. Nəticədə bir amal uğrunda çalışırıq. Təbii ki, aramızda bir rəqabət var, amma bu şirin bir rəqabətdi. Bundan sonra da eyni şəkildə davam edəcək.
- Zədəniz barədə nə deyərdiz?
- Artıq zədənin üstündən 3 həftədən çox vaxt keçib. İstanbulda yoxlamadan keçdim. Qolumdakı sarğını açdılar. Artıq fərdi məşqlərə başlamışam. 3 həftədən sonra bir dəfə də yoxlamadan keçəcəm. Ondan sonra çox güman ki, komanda ilə məşqlərə başlayacam. Zədələnməyim formadan düşməyimə səbəb olur. Amma düzəldikdən sonra yaxşı çalışıb özümü tam hazır hala gətirəcəm.
- Komandanız bu mövsüm ziqzaqvari çıxış edir. Bu haqda nə düşünürsüz?
- Tam olaraq elə deməzdim. "Kasımpaşa"nı məğlub edib əhvalımızı yüksəltməyimiz əla oldu. Psixoloji baxımdan vacib oyun idi. Çünki ilk turlarda lazımsız xal itkiləri yaşamışdıq. İndi işlərin yoluna qoyulduğunu deyə bilərəm. Azarkeşlər səbrli olmalıdı. Komanda yenilənib və təzəcə oturuşmağa başlayır. Zədə və digər problemlər səbəbilə sabit oyun göstərə bilmirik. Amma heyətdə keyfiyyətli oyunçular var. Əskiklər tam düzələndən sonra istədiyimizi əldə edəcəyik.
- Komandanın ən önəmli futbolçusu kimdi?
- Açığı, dəqiq ad deyə bilmirəm. Amma sonuncu matçda ən yaxşısı Olcan Adın idi. "Kasımpaşa"ya elə bir qol vurdu ki, taksi olsa, həmin qola 20 lirə yazardı. O həqiqətən istedadlı futbolçudu. Çətin dövrlər keçirib. Ona dəstək olmağa çalışırıq. "Trabzonspor"a transfer olunmasında mənim də əməyim vardı. Əminəm ki, vurduğu qol onun üçün xoş günlərin başlanğıcı olacaq. Ona təkcə "Trabzonspor"un yox, türk futbolunun ehtiyacı var.
- Komandanın birinci kapitanısız. Bu, sizin üçün nə deməkdi?
- Uzun illərdi buradayam və komandanın ən təcrübəli oyunçularından biriyəm. Əvvəl əsas heyətə gələndə hamıya "böyük qardaş" deyərdim. Ancaq indi mənə "böyük qardaş" deyirlər. Zaman sürətlə irəliləyir. Hər yaşın müəyyən məsuliyyəti var. Mən də vəzifəmi ən yaxşı şəkildə yerinə yetirməyə çalışıram. 29 yaşımdayam, qarşımda futbol oynamaq üçün uzun zaman var. Komandanın kapitanıyam, oyunçuların meydanda və kənarda bütün sıxıntıları ilə maraqlanmalıyam. Daşıdığım məsuliyyətin öhdəliklərini yerinə yetirməliyəm. Bu yorucu, amma zövqlü işdi. Bəzən öz problemlərimi bir kənara qoyub, yoldaşlarımın dərdi ilə maraqlanıram. Kapitanlıq yalnız sarğını qola bağlamaqla olmur.
- Azarkeşlərlə aranız necədi?
- "Kasımpaşa" ilə görüşdə tribunaları görəndə kədərləndim. Oturacaqlar boş qalmışdı. İllərdi "Trabzonspor"da oynayıram. Pis dövrlərimiz olub, amma tribunaların bu qədər boş olduğunu çox az hallarda görmüşəm. Bu, bizə və azarkeşlərimizə yaraşan şey deyil. Tərəfdarlarımızın da haqlı olduğu nöqtələr var. Bizim onlara yaxşı futbol izlədib, yaxşı nəticələr əldə etməyimiz lazımdı. Ancaq nəticədə "Trabzonspor" hamımızındı. Yalnız yaxşı gündə yanında olmaq bəs eləmir. Bəzən "Trabzonspor" üçün kədərlənmək də gözəldi. Əsl dost dar gündə tanınar.

0
0