3 oyunluq bombardir və ya bizim futbolçular “pas atıb”
17.10.2012 - 23:10
44 oyuna 104 qol normal göstəricidi. Premyer Liqanın geridə qalan 8 turu ərzində 63 futbolçu qol sevinci yaşayıb. Öz qapısını nişan alanların siyahısında isə hələlik 2 ad var: "Sumqayıt"dan Xəyal Mustafayev və "Qarabağ"dan Admir Teli.
Təəssüf doğuran əsas məqam isə topu tora qovuşduranların kimliyi ilə bağlıdı. Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən bombardirlərin siyahısına diqqət yetirin: Junior Nildo - 7, Zohair Benouahi (hər ikisi AZAL) - 4, Riçard Almeyda (Qarabağ), Manuel Skarlatake (Xəzər Lənkəran), Marçin Burxardt (Simurq), Mario Bojiç (hər ikisi "Simurq"), Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Xuan Manuel Varea (Rəvan) - 3 qol.
Bəs, yerli futbolçular haradadı? Başqa vaxt bizimkilərdən kimi dindirsən, əcnəbilərdən üstün olduğunu söyləyəcək, öz bacarığından ağızdolusu danışacaq. Amma reallıq göz önündədi. 104 qolun 3/4-ü əcnəbilərin adı ilə bağlıdı. Belə ki, hələlik 21 yerli futbolçumuz ümumilikdə 26 qola imza atıb. 5 dəqiq zərbənin müəllifi isə 4 milliləşdirilmiş oyunçudu. Bu, iddia yox, faktı. Özü də üzücü fakt.
Hər birimiz istərdik ki, bu siyahıda Rauf Əliyevin, Vaqif Cavadovun, Əfran İsmayılovun, Rahid Əmirquliyevin, Elvin Məmmədovun və daha neçə-neçə həmyerlimizin adına rast gələk. Amma təəssüf ki, bizimkilər "pas atıb", yadellilərin kölgəsində qalıblar. Özü də ən pisi odu ki, bu gün bombardirlik yarışına başçılıq edən Hildo iştirakçısı olduğu 7 oyundan cəmi 3-də fərqlənib ki, bu da normal hal deyil. Yəni, bizimkilər sabit oynamayan, ara-sıra coşan Hildo kimilər qədər belə deyillər.
Simurq. Lideri uğura daşıyanlar əcnəbilərdi. Təsadüfi deyil ki, komandanın hesabında olan 11 qoldan yalnız 1-nin müəllifi yerli futbolçudu. Həmin xoşbəxt isə İlkin Qırtımovdu. Mario Bojiçlə Marçin Burxardt hərəyə 3, Zravko Popoviç və Stepan Polyak isə hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
Qarabağ. Ağdam klbunun 11 qolunun 7 fərqli müəllifi var. Yadellilərdən Riçard Almeyda 3, Muarem Muarem isə 2 dəfə rəqibi oyuna mərkəzdən başlamağa vadar edib. Yerlilərə gəlincə, kapitan Rəşad Sadıqov 2 dəfə penaltini dəqiq yerinə yetirdiyi halda, Vüqar Nadirov, İlqar Qurbanov, Hamiq Yusifov və Qara Qarayev hərəsi 1 qol vurub.
AZAL. "Təyyarəçilər"in heyətində əsas söz sahibi Junior Hildodu. Milliləşdirilməsi gündəmdə olan braziliyalı həm komandasının, həm də premyer-liqanın bombardiridi. Lakin onun 7 qolu iştirakçısı olduğu 7 oyundan 3-də vurması normal hal deyil. Əsl qolçu bu qədər durğunluq yaşamalıdı.
Nildodan sonra ən çox fərqlənən oyunçu Zoahir Benouahidi. Mərakeşli 4 dəfə fərqlənib. Branislav Arseniyeviçin hesabında isə 1 qol var. AZAL-ın heyətində cəmi 1 yerli oyunçu fərqlənib ki, bu da Cavid Tağıyevdi. "Turan"dan transfer olunan gənc yarımmüdafiəçi hər oyun forma şansı alsa da, qol urmaqda çətinlik çəkir.
İnter. Kaxaber Sxadadze müdafiə futboluna üstünlük verdiyindən "bankirlər"in iştirakı ilə keçirilən oyunlarda qol kasadlığı yaşanır. Təsadüfi deyil ki, "İnter"in top nisbəti 7:4-dü. Ən maraqlısı isə odu ki, paytaxt klubunun heyətində 1-dən çox qol vuran futbolçu yoxdu. Yerli oyunçulardan Hizami Hacıyevlə bərabər, milliləşdirilmiş ukraynalı Vladimir Levin, həmçinin legionerlər - Georgi Adamiya, Slavko Georgiyevski, Baçana Tsxadadze və Djako Arafat fərqlənib. "İnter" - "Qarabağ" matçında isə qonaqların müdafiəçisi Admir Teli öz qapısını nişan alıb.
Sumqayıt. Bernard Raabın rəhbərlik etdiyi kollektiv əsasən yerli futbolçulardan təşkil olunsa da, vurulan 11 qoldan 5-nin müəllifi yadellidi. Düzdü, hesabında 2 dəqiq zərbə olan Ruslan Qurbanov milləşdirilib. Lakin 3 dəfə toru silkələyən Pərdis Fərcad Azad əcnəbidi. Hərçənd AFFA onu da milliləşdirməyi düşünür.
"Sumqayıt"ın digər qollarına gəlincə, Orxan Əliyev 2, Murad Ağayevlə Sabir Allahquliyev isə hərəyə 1 dəfə rəqib qapıçını məyus ediblər.
Neftçi. Yeni mövsümdə hamıdan az - 6 oyun keçirən "Neftçi"nin hesabında 9 qol var. Lakin onlardan yalnız 3-nün müəllifi öz futbolçumuzdu. Söhbət "Qəbələ" ilə ev matçında (3:0) dublla yadda qalan Cavid İmamverdiyevlə son turda "Turan"ın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən Rəşad Sadiqovdan gedir.
Əcənbilərə gəlincə, Nikolas Kanales 2, Julius Vobay, Erik Ramos və Flavinyo hərəyə 1 qol vurub.
Qəbələ. Əyalət təmsilçisinin də formasını geyinən yerli futbolçuların işləri yaxşı getmir. Təəssüf ki, onlardan yalnız Rəşad Abdullayev yeni mövsümdə fərqlənib. Lakin onun da hesabında cəmi 1 top var. Rəşad kimi 1 qol vuran Aleksandr Çertoqanov isə milliləşdirilmiş ukraynalıdı. Əcnəbilərə gəlincə, Viktor Mendi, Leurival Rodriqez, Bruna da Silva hərəyə 1, Umar Kalabane isə 2 dəfə qol sevinci yaşayıb.
Xəzər Lənkəran. Adına uyğun şəkildə çıxış etməyən Cənub klubunun qol vurmaq baxımından ciddi sıxıntısı var. Təsadüfi deyil ki, heyətdə yer alan hücumçulardan yalnız biri - milliləşdirilmiş serbiyalı Branimir Subaşiç yeni mövsümdə qol sevinci yaşayıb. Lakin onun da göstəricisi bərbaddı: cəmi 1 dəqiq zərbə.
Maraqlıdı ki, komandanın bombardiri mərkəz müdafiəçisi olan Manuel Skarlatakedi. Rumın futbolçunun hesabında 3 qol var. Malili Sadio Tounkara 2, Adrian Pitlə Robert Alviz isə hərəyə 1 dəfə adını tabloya yazdırıb. "Xəzər Lənkəran"ın heyətində rəqib qapısına yol tapan tək yeri futbolçu isə Ruslan Abışovdu. Hərçənd, o da Skarlatake kimi arxa xətt oyunçusudu.
Turan. Ağır günlərini yaşayan "Turan"ın heyətində də əcnəbilər at oynadır. Bugünlərdə istefaya göndərilən baş məşqçi Əsgər Abdullayev əsasən yadellilərə üstünlük verdiyindən söz sahibi də onlar olub.
Yeri gəlmişkən, iddiaya görə, Abdullayev daha çox əcnəbilərə güvəndiyi üçün klubda narazılıq baş qaldırıb və təcrübəli çalışdırıcı bu üzdən vəzifəsindən getməli olub. "Turan"ın vurduğu 8 qolun müəlliflərinə gəlincə, yerlilərdən Azər Məmmədov 2 dəfə bacarığını nümayiş etdirib. "Xəzər Lənkəran"a lazım olmayan Salif Ballo 3, Qoqi Pipia və Ender Günlü isə 1 qol vurub.
Kəpəz. Fuad İsmayılovun istefasından sonra Mahmud Qurbanovla yoluna davam edən "Kəpəz" cari mövsümdə ən az qol vuran iki komandadan biridi. Gəncəlilərin hesabında 6 dəqiq zərbə var ki, onlardan 3-nün müəllifi yerlilərdi. Belə ki, Bəxtiyar Soltanov 2, Şahin Kərimov isə 1 dəfə rəqibi oyna mərkəzdən başlamağa vadar edib.
Ötən mövsümlə müqayisədə zəif təsir bağışlayan Yuri Fomenkonun da hesabında 2 dəqiq zərbə var. Digər 1 qolun müəllifi İrakli Beraya isə baş məşqçi dəyişikliyindən sonra "Turan"a transfer olunub.
Bakı. Qarşısına böyük hədəflər qoymasına rəğmən, autsayder olan "Bakı" "Kəpəz"lə bərabər ən az qol vuran kollektivdi. Hərçənd heyətdə Uinston Parks, Maris Verpakovski kimi məşhur simalar var. Lakin onların sadəcə, quru adları qalıb. Təsadüfi deyil ki, Parks cari çempionatda cəmi 1 qol vurub, Verpakoski isə heç bunu da bacarmayıb. Hazırda komandanın bombardiri "Kəpəz"lə oyunda dublla yadda qalan Evangelos Mantziosdu. İbrahim Karqbo ilə Aleksandr Soliç isə hərəyə 1 qol vurublar. "Zolaqlılar"ın heyətində rəqib qapısına yol tapmağa müvəffəq olan yeganə yerli futbolçu Nurlan Novruzovdu.
Rəvan. Sonuncu pillədə qərarlaşan paytaxt klubunun da qol vurmaq baxımından sıxıntısı var. "Rəvan" yalnız yeni transfer Xuan Manuel Vareanın 3 dəfə fərqlənməsinə sevinə bilər. Sallei Bundu və Kristian Torresin hesabında 1 qol var. Yerli futbolçulara gəlincə, çempionatın geridə qadan bölümündə Nurlan Qurbanovla Tofiq Mikayılov adını tabloya yazdırmağa müvəffəq olub.

0
0