Yığmamızın Bolqarıstan sınağı
18.10.2012 - 09:40
Yığmamızın Bolqarıstan sınağı
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionarının seçmə mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı IV qrupda oyunlara sabah start veriləcək.

İspaniya və Polşa yığmalarının da millimizə rəqib olduğu qrupun komandaları meydan sahibi Bolqarıstanla da mübarizə aparacaqlar. Komandamız ilk oyununu İspaniya millisinə qarşı keçirəcək.

Növbəti mərhələyə adlamaq üçün komandamız ilk 2 yerdən birini tutmalıdır. Təbriz Həsənovun yetirmələri bunu bacarmayacağı halda 3-cü yerin sahibləri arasında 2 ən yaxşıdan biri olmalıdır. Əks halda millimi mövsümü elə Bolqarıstanda başa vuracaq.

Qeyd edək ki, 13 qrupdan 7-də mübarizə artıq başa çatıb. Bu oyunlardan sonra Serbiya, Belarus, Almaniya, Finlandiya, Sloveniya, Fransa, İsveçrə, Avstriya, Norveç, Portuqaliya, İrlandiya, İsveç, Çexiya və Rusiya növbəti mərhələyə yüksəlib.

19 oktyabr

17:00. Polşa – Bolqarıstan
Baş hakim: Mihael Yohansen (Danimarka)
Sliven. Haci Dimitar stadionu

20:00. İspaniya - Azərbaycan
Baş hakim: Kevin Klensi (Şotlandiya)
Stara Zaqora. “Beroe” stadionu

21 oktyabr

18:00. Azərbaycan - Polşa
Baş hakim: Eytan Şemeuleviç (İsrail)
Sliven. Haci Dimitar stadionu

20:00. İspaniya – Bolqarıstan
Baş hakim: Mihael Yohansen (Danimarka
Stara Zaqora. Beroe stadionu

24 oktyabr

18:00. Bolqarıstan - Azərbaycan
Baş hakim: Eytan Şemeuleviç (İsrail)
Sliven. Haci Dimitar stadionu

18:00. Polşa - İspaniya
Baş hakim: Kevin Klensi (Şotlandiya)
Stara Zaqora. “Beroe” stadionu

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib