Elder Poştiqa millimizi qorxutdu
18.10.2012 - 10:31
Elder Poştiqa millimizi qorxutdu
“Səhvləri düzəltməyə hələ vaxtımız var. İsrail və Azərbaycanla qarşılaşmalar bizim üçün ən vacib oyunlar olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının hücumçusu Elder Poştiqa deyib.

DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə oyununda (1:1) xal itirən komandasının durumunun düzələcəyinə inanan Poştiqanın fikrincə, son 2 matçda 1 xal götürən yığması F qrupunun zirvəsinə yüksəlmək şansını qoruyur: “Həmin 2 oyunda maksimum nəticə ilə ayrılmalıyıq. Bundan sonra Rusiya ilə 1-ci yer uğrunda mübarizə apara bilərik”.

Qeyd edək ki, Portuqaliya yığması millimizlə gələn il martın 26-da Bakıda qarşılaşacaq.