Ronaldo oynayır, Sadıqov baxır
18.10.2012 - 10:48
Kriştianu Ronaldo Portuqaliya yığmasında 100-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə qarşılaşmasında (1:1) yubileyini qeyd edən hücumçu millidə 37 qol vurub.
Buna 27 yaşında nail olan Ronaldo millidə 100 oyun həddinə çatan 3-cü gənc futbolçu olub. Belə ki, yalnız almaniyalı Lukas Podolski və estoniyalı Kristen Vikmaye daha kiçik yaşlarında yığmada 100-cü oyununu keçirib.
Qeyd edək ki, Azərbaycan millisində ən çox oyun keçirənlər – Aslan Kərimov və Rəşad Sadıqov cəmi 80 matça çıxıblar. Onlardan Aslan karyerasını bitiribsə, Sadıqov 100-ə çatmaq üçün hələ gözləyir.

0
0