“Azərbaycan yığmasının üstünlüyü təsadüf idi” – MÜSAHİBƏ
18.10.2012 - 11:22
Rusiya yığmasının futbolçusu Andrey Eşenko DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizə qalib gəldikləri oyundan sonra “Sport Ekspress” qəzetinin əməkdaşının suallarını cavablandırıb.
- Əsas heyətin futbolçusu olmaq necə hissdir?
- Sözlə ifadə olunmayacaq qədər xoş. Ölkənin şərəfini qorumaq insana həqiqətən də xüsusi hisslər bəxş edir.
- Start heyətində meydana çıxacağınız gözlənilmirdi. Yalnız Anyukovun zədə alması buna şərait yaratdı.
- Əsas heyətdə meydana çıxacağımı oyun öncəsi bildim. Özün də təəccübləndim. Axı Anyukovun zədələndiyini bilmirdim.
- 28 yaşda ayaqlarınız əsmirdi ki?
- Düzünü desəm, oyunun əvvəlində bir az özümdə deyildim. Amma 1-2 dəqiq ötürmədən sonra əsəblərim sakitləşdi.
- Sağ cinahda oynayan azərbaycanlı futbolçunun soyadını bilirdiniz?
- Əlbəttə, Cavadov. Onunla “Volqa”da oynamışam. Hətta qarşılaşmadan öncə söhbət də etdik.
- Görüşdən sonra Cavadov çox qəmgin idi?
- Onun çox da kədərləndiyini deməzdim. Vaqif məni qələbə münasibətilə təbrik etdi.
- İlk dəqiqələrdə Azərbaycan millisi üstünlüyə malik idi. Bu, sizi təəccübləndirmədi?
- Doğrudur, matçın əvvəllərində azərbaycanlılar həqiqətən də 3-4 künc zərbəsi qazandılar. Amma mənə elə gəlir ki, bu, təsadüf idi. Oyunun sonlarında əsəbilik yarandı. İlk yarıda əlimizə düşən şanslardan istifadə etməli idik. Bu imkanlardan yararlanıb, qol vura bilsəydik, rahat qələbə qazanardıq. Əsası odur ki, layiq olduğumuz qolu vurduq. Digər tərəfdən, Portuqaliya üzərində qələbədən sonra Azərbaycanla oyunda xal itirmək səviyyəsizlik olardı.
- Belə deyək: 90 dəqiqə ərzində neçə penalti var idi?
- 2. Mən boş yerə yıxılmıram. Simulyasiya etməyi ümumiyyətcə bacarmıram. Bir penalti ilk yarıda, digəri ikincidə. Bundan əlavə, Kombarova qarşı da qayda pozuntusu edilmişdi. Ümumiyyətcə, azərbaycanlılar daim gizlincə bizi itələyirdilər, əllə oynayırdılar və bunun hamısını hakimin gözündən yayındırmağı bacarırdılar. Üstəlik, vaxtı da uzatmağa çalışırdılar.
- Bıstrova qarşı qayda pozuntusunu penalti kimi dəyərləndirən hakim günahını yudu? Axı, həmin epizodda 11 metrlik zərbə yox idi.
- Qayda pozuntusu 100 faiz var idi. Hər halda, biz bu penaltiyə layiq idik.

0
0