Azərbaycan kubokunun startı Zirədə veriləcək
18.10.2012 - 11:31
Azərbaycan kubokunun startı Zirədə veriləcək
Azərbaycan kuboku uğrunda yarışların 1/16 final mərhələsinin oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, qalibin tək oyunla müəyyən olunacağı bu mərhələnin oyunları oktyabrın 22-də və 24-də baş tutacaq. Kubokun yeni mövsümü Zirədə start götürəcək. Həmin matçda “Qala” və “Kəpəz” görüşəcək.

Azərbaycan kuboku, 1/16 final

22 oktyabr (bazar ertəsi)

17:00. “Qala” – “Kəpəz”
Zirə qəsəbə idman kompleksinin stadionu

24 oktyabr (çərşənbə)

15:00. “Tərəqqi” – “Ağsu”
Gəncə şəhər stadionu

15:00. “Qaradağ Lökbatan” – “Lokomotiv”
Lökbatan olimpiya idman kompleksinin stadionu

15:00. MOİK – “Bakılı”
“Ədliyyə” stadionu

15:00. “Şuşa” – “Neftçala”
“Şəfa” stadionu, 4-cü meydança

Mənbə: pfl.az