Əli Koç Azərbaycan çempionunu izləyəcək
18.10.2012 - 11:35
"Fənərbaxça"nın rəsmiləri klublararası dünya çempionatının yarımfinalında "Rabitə" ilə oyununu canlı izləmək üçün Qətərə gəliblər. Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün keçiriləcək matçda İstanbul təmsilçisinin voleybol şöbəsinə cavabdehi Hakan Dinçay və İdarə Heyətinin sabiq üzvü Əli Koç komandasına dəstək verəcək.
Türklərin Azərbaycan çempionu ilə duelinin startı ərəfəsində "sarı-lacivərdlilər"in azarkeşlərinin də gələcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Türklərin Azərbaycan çempionu ilə duelinin startı ərəfəsində "sarı-lacivərdlilər"in azarkeşlərinin də gələcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
0
0