PFL 2 şirkətlə danışıqlar aparır
18.10.2012 - 11:47
Peşəkar Futbol Liqası (PFL) 2 şirkətlə danışıqlar aparır. Bu haqda məlumatı apasport.az saytına qurumun prezidenti Ramin Musayev verib.
O bildirib ki, Azərbaycan kubokunun sponsor axtarışları davam edir.
Artıq 4 gündən sonra start götürəcək yarışın 2 il əvvəl olduğu kimi yenə hansısa şirkətin adını daşıması hələ də istisna deyil: “Hazırda 2 şirkətlə danışıqlar aparırıq. Məsələyə tam aydınlıq gəlmədiyinə görə onların adlarını açıqlamaq istəmirəm. Kubokun startına kimi vaxt var. Ümid sonda ölür. İlk oyunlara qədər məsələ həllini tapa bilər”.

0
0