PFL prezidenti veterana əhəmiyyət vermir - MÜSAHİBƏ
18.10.2012 - 12:09
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində Rusiya ilə qarşılaşdı. Komandamızın çıxışından razı qaldınızmı?
- Millinin oyunu xoşuma gəldi. Çox yaxşı oynadılar. Hər şey göz qabağında idi.
- Amma 0:1 hesabı ilə uduzduq. Sizcə, xal qazanmağa nə mane oldu?
- Baş məşqçi Berti Foqts yox, başqası olsa belə, meydana yenə eyni futbolçular çıxacaq. Yəni, olanımız budu. Onlar da güclərini meydanda qoydular. Amma mənə elə gəlir ki, yenə kapitanın yeri görünürdü. Bəlkə də Rəşad Sadıqov oynasaydı, müdafiədəki həmin səhv olmayacaqdı.
- Komandamızın qapısına təyin olunan penalti müəyyən müzakirələrə səbəb olub. Necə düşünürsüz, həmin epizodda penalti var idi?
- Mənə elə gəlir ki, hə.
- Dzüdü, qayda pozuntusu olmuşdu. Amma bunun cərimə meydanından kənarda olub-olmaması müzakirə olunur...
- Mən də televiziya vasitəsilə izləmişəm. Sonradan təkrarına baxmamışam. Oyun vaxtı ola bilər ki, həyəcanlı idik. Amma mənə elə gəlir ki, penalti var idi.
- Veteran futbolçu İsgəndər Cavadov yığmanın daha yaxşı oynaması üçün çempionatın səviyyəsinin qaldırılmasını zəruri sayır. Onun fikri ilə razısınız?
- Bu, onun öz fikridir.
- Çempionatın səviyyəsi yığmanın daha yaxşı oynamasına imkan verir?
- Çempionatın səviyyəsi yaxşıdır. Millimizlə eyni gündə oynayan Türkiyə yığması bizdən daha zəif rəqiblə qarşılaşdı. Amma bizimkilər türkiyəlilərdən də yaxşı oyun göstərdilər. Düzdür, 1 oyuna görə nəsə demək olmaz. Amma bizim də ətrafımızda insanlar var. Hər kəs yığmanın yaxşı oynadığından danışır. Hamı müsbət fikir söyləyir. Tək İsgəndər Cavadovun etirazı ilə deyil ki...

0
0