“Bunun nəticəsini “Neftçi” ilə matçda görəcəyik”
18.10.2012 - 13:00
“Bunun nəticəsini “Neftçi” ilə matçda görəcəyik”
“Digər oyunlara olduğu kimi bu görüşə də normal hazırlaşmışıq. Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından məşq etmək üçün vaxtımız çox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

39 yaşlı çalışdırıcı Topaz Premyer Liqasının IX turunun sabah “Neftçi” ilə keçiriləcək oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. ”Neftçi” ilə oyuna qələbə əzmi ilə gedirik. Düzdür, rəqib favoritdi, Avroliqada çıxış edir. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq”.