“Xəzər Lənkəran” – “Qəbələ” matçında hakim dəyişikliyi
18.10.2012 - 13:54
“Xəzər Lənkəran” – “Qəbələ” matçında hakim dəyişikliyi
Topaz Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 21-də keçiriləcək oyunlarda hakim dəyişiklikləri baş verib. Apasport.az saytının məlumatına görə, "Sumqayıt" - "Rəvan" oyununa təyinat alan beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun atası vəfat etdiyi üçün onu həmin matçda FİFA referisi Fariz Yusifov əvəzləyəcək.

Yusifovun əvəzinə isə "Xəzər Lənkəran" - "Qəbələ" matçının IV hakimi Fuad Həsənov olacaq.

Mənbə: affa.az