Yığmamız uduzdu, veteranlar dalaşdı
18.10.2012 - 17:16
Yığmamız uduzdu, veteranlar dalaşdı
DÇ-2014-ün seçmə mərhələsində keçirilən Rusiya – Azərbaycan oyunu maraqlı mövzunun yaranması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, şimallıların 1:0 hesablı qələbəsindən sonra Rusiya futbolunun 2 veteranı bir-birinə düşmən kəsilib.

Tanınmış veteranlar Yevgeni Lovçevlə Aleksandr Bubnov bir-birini söyməklə söz davasına çıxıblar. Onlar bununla, Rusiya mətbuatının gündəminə düşüblər.

Yığmanın oyununu matçdan sonra mediada təhlil edən Bubnovun fikirləri ilə razı olmayan Lovçev mətbuatda həmkarının ünvanına tənqidlər yağdırıb.

Elə cavabını da tezliklə alıb. Bubnov hətta özü kimi sabiq “Spartak”çı olan həmkarından küsüb də: “Mən onunla artıq danışmıram. Bütün əlaqələri kəsdim. Mənə zəng edənlərin də hamısı deyir ki, onlar üçün Lovçev mövcud deyil”.