“Kəpəz” qol vurmağa peşman oldu
19.10.2012 - 16:50
“Kəpəz” qol vurmağa peşman oldu

Bu gün Topaz Premyer Liqasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, millilərin oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk tur Bakıda baş tutan tarixi derbi ilə başlayıb.

Hələ ilk milli çempionatdan bir-birinə rəqib olan komandaların bu dəfəki görüşü məhsuldarlığı ilə seçilib. Matçın əvvəlində özünü qonaq kimi aparmayan “Kəpəz” hesabı açıb.

Lakin gəncəlilər qol vurmağa peşman olublar. Belə ki, “Neftçi” buraxdığı qolun qarşılığını 4 qatı ilə verib. Bununla, “ağ-qaralar” Nikolas Kanalesin dubl etdiyi görüşdə 4:1 hesablı əzmkar qələbə qazanıb.

Bu qələbədən sonra xal hesabını 12-yə çatdıran “Neftçi” bu göstəricidə digər paytaxt təmsilçiləri AZAL və “İnter”lə bərabərləşib.

Turun daha 3 oyunu sabah baş tutacaq: “Turan” – AZAL, “Qarabağ” – “Bakı”, “İnter” – “Simurq”.

IX tura isə oktyabrın 21-dəki “Sumqayıt” - “Rəvan” və “Xəzər Lənkəran” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

19 oktyabr

“Neftçi” – “Kəpəz” - 4:1
QOLLAR: Julius Vobay, 20; Nikolas Kanales, 26; 65; Araz Abdullayev, 75 - Emin Əliyev, 5
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Ramiz Əsədov, Teymur Fərhadov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 11. Nikolas Kanales
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 17. Araz Abdullayev, 18. Elgiz Kərəmli, 21. Kamil Nurəhmədov, 25. Cavid İmmaverdiyev, 32. Elvin Yunuszadə,
Baş məşqçi: Böyükağa Hacıyev

“Kəpəz”: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçine, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 1. İvan Radoş, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev
Baş məşqçi: Mahmud Qurbanov

komandalar o qh m tx
1
Simurq
8
5
3
0
11-2
18
2
Qarabağ
8
3
4
1
11-8
13
3
Neftçi
6
4
0
2
13-7
12
4
AZAL
7
3
3
1
13-7
12
5
İnter
7
3
3
1
7-4
12
6
Sumqayıt
8
3
1
4
9-16
10
7
Qəbələ
8
2
3
3
8-10
9
8
Xəzər L
7
2
2
3
9-7
8
9
Turan
8
2
1
5
8-13
7
10
Kəpəz
9
2
1
6
1-18
7
11
Bakı
6
1
4
1
6-5
7
12
Rəvan
8
1
3
4
7-12
6

Bombardirlər: Junior Nildo (AZAL) – 7, Zohair Benouahi (AZAL), Riçard Almeyda (“Qarabağ”) – hər ikisi 4.