Mourinyo Messiyə “ilişdi”
19.10.2012 - 08:54
Dünyanın ən güclü məşqçilərindən olan Joze Mourinyo “Qızıl top”a kimin daha layiq olmağı ilə müzakirələrə qatılıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis çalışdırdığı Madrid “Real”ında oynayan həmyerlisi Kriştianu Ronaldonun tərəfini saxlayaraq, onun əsas rəqibi olan Lionel Messiyə “ilişib”.
Mourinyonun fikrincə, “Barselona”nın argentinalı hücumçusuna yenə dünyanın ən yaxşı futbolçusu seçilməməlidir: “Sadəcə, mümkün deyil ki, Messi 4-cü dəfə “Qızıl top”u qazansın, Ronaldo isə tək qalsın. Əgər onları səviyyədə müqayisə etsən, belə fərq ədalətlidirmi?”.
Qeyd edək ki, Messi son 3 ildə “Qızıl top”un qalibi olubsa, Ronaldo ondan öncə - yalnız 2008-ci ildə onu qazanıb.

0
0