Millimiz Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək
19.10.2012 - 09:08
Millimiz Moldova yığması ilə yoldaşlıq görüşü keçirəcək
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) noyabrda yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı Bernhard Lippertin çalışdırdığı yığmamız noyabrın 14-də Moldova U-21-nin qonağı olacaq. Matçın hansı şəhərdə keçiriləcəyi hələ açıqlanmır.

Yığmaya yalnız 1992-93-cü il təvəllüdlü futbolçular cəlb olunacaq. Ötən seçmə mərhələdə çıxış edən futbolçuların çoxunu yaşı artıq düşmədiyindən, kənarda qalacaqlar.