Millimiz Pozo ilə bacarmadı
19.10.2012 - 20:42
Millimiz Pozo ilə bacarmadı
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, IV qrupda yer alan Azərbaycan yığması az öncə ilk görüşünə çıxıb.

Bolqarıstanda təşkil olunan qarşılaşmada komandamız İspaniya ilə üz-üzə gəlib.

“Beroe” klubunun eyniadlı stadionunda baş tutan oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. 17 və 53-cü dəqiqədə fərqlənməklə dubl edən Pozo komandasına qələbə qazandırıb.

Günün ilk matçında isə meydan sahibləri Polşaya uduzub.


19 oktyabr

Polşa – Bolqarıstan - 2:1
Baş hakim: Mihael Yohansen (Danimarka)
Sliven. Haci Dimitar stadionu

İspaniya - Azərbaycan - 2:0
Pozo, 17;53 (p)
Baş hakim: Kevin Klensi (Şotlandiya)
Stara Zaqora. “Beroe” stadionu