“Əvvəlki Rəşadı tapa bilmirəm” - MÜSAHİBƏ
19.10.2012 - 10:04
“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi
- Komandanız millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən necə yararlandı?
- İndiki məqamda bu fasilə “Qəbələ” üçün düşərli oldu. Baş məşqçi postunda dəyişiklik edildikdən sonra komandanı daha yaxşı hazırlamaq lazım idi. Ramiz Məmmədov məşq prosesində öz taktiki sxemini aşılamaq üçün imkan əldə etdi. Nəticəsini oyun zamanı görəcəyik.
- Amma bəzi klublar fasilədən narazıdılar...
- Təbii, 10-12 günlük fasilə oyununu tapmış komandanın çıxışına təsir edə bilər. Amma bu fasilənin bizə lazım olduğunu bilirdik. Yenə deyirəm, Ramiz müəllimin komandanı istədiyi kimi hazırlamağa vaxtı olmamışdı.
- Bazar günü “Xəzər Lənkəran”ın qonağı olacaqsız. Sabiq komandanızla uelə hazırsınız?
- Komanda oyuna hazırdı. Yığmanın düşərgəsinə gedən futbolçular da artıq kollektivə qoşulub. Bizi çətin oyun gözləyir. Komanda var gücü ilə hazırlaşır. “Xəzər Lənkəran” doğma meydanda yaxşı oynayır. Bununla belə, səfərə qələbə üçün yollanacağıq.
- “Xəzər Lənkəran”ın çıxışında da sabitlik yoxdur. AZAL-la matçdan əvvəl komanda ardıcıl məğlubiyyətlərlə barışmalı oldu. Bu məqam “Qəbələ”nin işinə yaraya bilərmi?
- “Xəzər Lənkəran” elə komandadır ki, hər an toparlanmağı bacarır. AZAL-la oynamaq heç də asan deyil, amma onlar qələbə qazandılar. “Xəzər Lənkəran” hansısa orta səviyyəli kluba qarşı yaxşı hazırlaşmaya bilər. Ancaq bizimlə matça ciddi yanaşırlar. Doğma azarkeşləri qarşısında oynayacaqlarından, qələbə qazanmaq istəyəcəklər. Biz də boşluqlardan istifadə etməyə çalışacağı.
- Proqnoz verə bilərsiz?
- 3 xal üçün gedirik. Belə oyunlarda xal qazanmaq vacibdir. Həm də əsas rəqiblərindən birinin irəli qaçmasına imkan vermirsən.
- “Qəbələ” gözlənilməz xallar itirdi. Bunu sığortalamaq mümkündürmü?
- Çalışacağıq. İlk növbədə “altılığ”a düşməliyik, sonra avrokuboklara vəsiqə uğrunda mübarizəyə başlamalıyıq.
- Öz çıxışınız istənilən səviyyədə deyil. Üstəlik, əvvəlki baş məşqçi sizi ehtiyatda saxlayırdı...
- Kavlakın rəhbərliyi ilə keçirdiyimiz son iki turda problem yarandı. Amma əvvəlki turlarda oynayırdım. Sonra nədənsə aramızda anlaşmazlıq yarandı. Razılaşıram, hələ əvvəlki Rəşadı tapa bilmirəm. Çalışıram ki, daha yaxşı oynayım.
- Kavlakla aranızdakı problem nədən yaranmışdı?
- Məni komandaya özü dəvət etmişdi. Anlaşılmazlığın səbəbini bilmirəm. Bura gələnə qədər son iki mövsümü çempion kimi başa vurmuşam. Sözümü demişəm, komandama fayda verməyə çalışmışam.
- Oyununu tapa bilməməyiniz nədən qaynaqlanır?
- Əvvəlki və indiki komanda fərqlidir. Sərbəst oynamağı xoşlayıram. Kavlakın vaxtında isə tez bağlanır, əks-hücumlarda oynayırdıq. Belə oyun sxemində sıxılırdım, mənim üslubuma yad idi. Çalışıram həmin oyunu göstərim.

0
0