Millimizdən böyükhesablı qələbə
19.10.2012 - 10:42
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçiib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan millimiz "Yadren" klubunun əvəzedici komandası ilə qarşılaşıb. Görüş 3:0 hesabı ilə Vəli Qasımovun yetirmələrinin xeyrinə başa çatıb. Qolları Bayram Budaqov, Eldar Cankişiyev və Orxan Əliyev vurub.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0