Luçano Spalletti millimizlə oyundan danışdı
19.10.2012 - 11:48
“Rusiya yığmasını son qələbələri münasibətilə təbrik edirəm. Komanda üzvləri Portuqaliya və Azərbaycanla oyunlarla böyük iş görüb, vacib nəticə qazandılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Zenit”in baş məşqçisi Luçano Spalletti deyib.
İtaliyalı mütəxəssis Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya və Azərbaycan milliləri ilə “Lujniki” stadionunda keçirdiyi oyunlarda qazandığı nəticələrdən danışarkən, öz futbolçularını çıxışını dəyərləndirib.
Spalletti millimizlə oyunda 2-ci hissədə meydana daxil olaraq, qazandığı penalti ilə oyunun taleyini həll edən sağ cinah yarımmüdafiəçisi Vladimir Bıstrovu xüsusilə fərqləndirib: “Mən Azərbaycanla oyunda ayrılıqda Bıstrovun oyununu qeyd edərdim. Ona yalnız bir az vaxt verildi, ancaq əvəzetmədən meydana daxil oldu, komanda hərəkətindən ayrı düşmədi, ümumi köklənməyə uyğun gəldi və penalti qazanmaqla həlledici töhfə verdi. Hərçənd digər futbolçular da əla hərəkət edirdilər. Misal üçün, Portuqaliya ilə matçda Şirokov məhsuldar ötürmə verdi, Kerjakov təkbətəki dəyərləndirdi. Denisovdan danışsaq, mən ona verilən qiymətlə razıyam. O, yığmada 2 güclü oyun keçirdi. Ancaq İqorla bağlı vəziyyət əvvəlki kimi qalır, klub mənə heç bir məlumat verməyib”.
Qeyd edək ki, Rusiya yığmasının kapitanı olan İqor Denisov bir müddət öncə klub rəhbərliyi tərəfindən müqavilənin maliyyə tərəfinə narazılığına görə “Zenit”in əsas komandasından kənarlaşdırılıb.

0
0