Uzunqulaq millinin məşqçisinin qatili oldu
19.10.2012 - 12:40
Uzunqulaq millinin məşqçisinin qatili oldu
Cənubi Afrika Respublikasının futbol yığmasının məşqçisi Tomas Madiqaqe həlak olub. Apasport.az saytının məlumatına görə, 40 yaşlı çalışdırıcı avtomobil qəzasında dünyasını dəyişib. Polisdən bildirilib ki, uzunqulaq gözlənilmədən yola çıxıb və Tomas onunla toqquşmadan qaçmaq üçün avtomobilin idarəetməsini itirib. Bu, ona həyatı bahasına başa gəlib.

Tomas bu ilin iyulundan millidə işləyərək, bunadək “Supersport” klubunda uğurlu çalışıb. O, futbolçu karyerasında İsveçrənin “Sürix” klubunda da oynamağa imkan tapıb.