“Azərbaycan yığması ilə oyun həyati əhəmiyyət daşıyır”
19.10.2012 - 13:00
“Azərbaycan yığması yüksək səviyyəli komandadır. Onlar bu yaxınlarda İspaniya da keçirilən turnirdə 17 yaşlılar arasında dünya çempionatının ikiqat qalibi Meksikanı məğlub etdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 17 yaşadək oğlanlar (U-17) arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya U-17-nin baş məşqçisi Santi Deniya deyib.
İspaniyalı mütəxəssis bugünkü oyunun çox çətin keçəcəyini bildirib. O, bunu yığmamızın çox çətin rəqib olmağı ilə əlaqələndirib: “Onlar fiziki baxımdan güclüdürlər. Biz qələbə qazanmaq üçün bütün maksimum güc sərf etməliyik. Üstəlik, bu seçmə mərhələdə ilk oyunumuzdu. İlk oyun isə həm çətin, həm də vacib olur. Turnirə, meydana yeni adaptasiya olursunuz. Amma biz bunu bəhanə etməməliyik. Azərbaycanla oyun həyati əhəmiyyət daşıyır”.

0
0