Tarixlər yazan yığmamız futbola qayıdır
19.10.2012 - 13:34
Sabah 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, Rusiyadakı turnir komandamızın tarixində 7-ci yarış olacaq.
2004/05 mövsümündən Avropa arenasına çıxan yığmamız 3 illik fasilədən sonra beynəlxalq arenaya çıxır. Bu da təsadüfi deyil.
2004-09-cu illərdə fəaliyyət göstərən milli oynadığı 6 mövsüm ərzində o qədər tarix yazıb ki. 2004-cü il sentyabrın 28-də debüt matçına çıxan yığmamız Danimarka ilə görüşüb və futbol tariximizin ən biabırçı məğlubiyyətini alıb – 0:20. 2 gün sonra isə Fransa bunun yarısı qədər qol vurub.
İlk 3 mövsümdə Boris Tibilovun rəhbərliyi altında çıxış edən millimiz 2007-ci ildə Şamil Heydərova tapşırıldı. Artıq 2-ci il – 2008/09 mövsümündə daha bir tarix yazıldı. Millimiz ilk dəfə mərhələ adladı.
2009/10 mövsümündə yığmamız Bakıda keçirdiyi oyunlarda yenə mərhələ adladı. Özü də bu dəfə Kipr üzərində 8:0 hesablı qələbə qazandı. Bu da futbol tariximizin ən böyükhesablı qələbəsi idi.
Növbəti tarix özünü çox gözlətmədi. 8:0-lıq qələbə və daha 2 oyunda meydana çıxan futbolçuların saxta sənədli rusiyalı “lipa”lar olduğu üzə çıxdı. UEFA AFFA-ya pul cəriməsi verib millini II mərhələdən də, növbəti mövsümlərdən də sildi. AFFA da öz növbəsində yığmanın fəaliyyətini müvəqqəti dayandırdı.
2009-cu il sentyabrın 29-dakı 8:0-lıq qələbə ilə tarixin yaddaşına köçən millimiz 3 ildən sonra səhnəyə qayıdır.

0
0