Millimiz Şimali İrlandiya ilə oyuna hazırlığa noyabrın 6-da başlayacaq
19.10.2012 - 14:22
Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə səfər oyununa hazırlığa noyabrın 6-da başlayacaq. Apasport.az saytının məlumatına görə, komandamız həmin gün bir araya gələcəyi Bakıda 9-dək təlim-məşq toplanışı keçəcək. Noyabrın 10-da səfərdə çıxacaq Berti Foqtsun yetirmələri 15-dək Belfastda hazırlıqda olacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.
Mənbə: affa.az
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.
Mənbə: affa.az
0
0