AFFA milli komandadan yaxşı nəticə gözləmir
19.10.2012 - 16:35
“Bütün diqqəti 17 yaşadək qızlardan ibarət komandaya yönəltmişdik. Bu da ölkəmizdə dünya çempionatının keçirilməsinə görə idi. Həmin turnirdən sonra risk edib, U-19 yığmasını yaradıb, beynəlxalq miqyaslı oyunlarda iştirakına şərait yaratdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Sabah 19 yaşadək qızlardan ibarət yığmalar (U-19) arasında Avropa çempionatı start götürəcək. Seçmə qrup oyunlarında mübarizə aparacaq milli komandamız 3 ildən sonra futbol səhnəsinə qayıdacaq.
Məmmədov bəzi futbolçuların yaşlarının U-17 komandasında oynamağına imkan vermədiyini, və bu səbəbdən də onların U-19-də çıxış edəcəklərini bildirib. O, 19 yaşadək millimizdə baş məşqçi məsələsinə də aydınlıq gətirib: “Bu komanda yenidir və Zamin Əsədullayevə həvalə olunub. Ona baş məşqçi postu müvəqqəti olaraq tapşırılıb. Bildiyiniz kimi, Əsədullayev əvvəllər U-17-də Sissi Raytın köməkçisi idi. Biz komandanı ancaq dünya çempionatının davamı olaraq Avropa çempionatının seçmə mərhələsinə buraxdıq. Yəni artıq Azərbaycanda qızlardan ibarət 1 yox, 2 yığma komanda var. Bir daha göstərmək istəyirik ki, ölkəmizdə qadın futbolu nəticədən asılı olmayaraq inkişaf edəcək. Çünki biz 3 il qabaq tender sənədləri hazırlayanda sənədlərimizdə bir şərt yazılmışdı. O vaxt Azərbaycan qadın futbolunda inkişaf etməyən bir ölkə idi və dünya çempionatı bizə bu idman növünü inkişaf etdirməyə imkan, şans verəcək”.
U-19-un rəqiblərinin Rusiya, İsveç kimi güclü yığmalar olduğunu nəzərə alsaq, bizə çox çətin olacaq və hətta böyük hesablı məğlubiyyətlər də ola bilər. Baş katib səviyyə fərqini inkişaf yolunun müddəti ilə izah edir: “Biz U-19-dan böyük nəticələr gözləmirik. Gördüyünüz kimi, qadın futbolunda böyük hesablı nəticələr həmişə olur. Çünki qadın futbolu inkişaf edən böyük ölkələr 80-ci illərdən bu tərəqqiyə başlayıblar”.
Dünya çempionatında ölkəmizi təmsil edən U-17 isə U-19-dan sonra Avropa çempionatının seçmə mərhələ oyunlarına çıxacaq. Məmmədov almaniyalı Sissi Raytın hələlik postunda qalacağını bildirib: “Onun müqaviləsi ilin sonunda bitir. Raytla müqavilənin uzadılıb-uzadılmayacağı ilə bağlı indidən bir şey deyə bilmərəm. Buna ilin sonunda baxılacaq. Təbii ki, Rayt seçmə mərhələ oyunlarında yığmamıza rəhbərik edəcək. Görək bu komanda dünya çempionatında necə çıxış edəcək”.
Qeyd edək ki, U-17-nin rəqibləri Avstriya, İsveç və Xorvatiya yığmalarıdır.
Mehman SÜLEYMANOV

0
0