Yığmamızın rəqibi heyəti açıqladı
19.10.2012 - 16:40
Yığmamızın rəqibi heyəti açıqladı
17 yaşadək qızlardan ibarət İsveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan skandinaviyalılar Avstriyadakı turnirə 18 futbolçu ilə yollanır.

Şimal təmsilçisi oktyabrın 29-dan noyabrın 3-dək Avstriya, Azərbaycan və Xorvatiya ilə oyunlarda məhz bu sayda futbolçuya güvənəcək. Baş məşqçi İvonna Ekot artıq heyətlə bağlı seçimini də edib: Emma Holmqren, Zekira Musoviç, Ebba Blomkvist, Ellen Gibson, Karin Gilander, Sandra Gilander, Liza Yohanson, Nelli Ohisson, Yonna Andersson, Stina Blekstenius, Frida Boriero, Mişel de Yonq, Adeliza Qrabus, Linda Hallin, Cenifer Karlson, Anna Oskarsson, Yohanna Rityinq-Kanerid, Amanda Ostervall.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu oktyabrın 31-də baş tutacaq.