“Komandamızda hamı mənə hörmətlə yanaşır” - MÜSAHİBƏ
19.10.2012 - 17:21
“İnter” klubunun toqolu hücumçusu Djako Arafatın apasport.az saytına müsahibəsi
- Sabah Topaz Premyer Liqasının IX turu çərçivəsində “Simurq”la qarşılaşacaqsınız. Komandanız bu oyuna necə hazırlaşıb?
- Normal hazırlıq prosesi keçmişik. Hamı baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışır.
- Cari mövsümdə hələ uduzmayan rəqib hazırda turnir cədvəlinə başlıq edir...
- İndi çempionatda zəif komanda yoxdu. Hamı yüksək yerlər uğrunda mübarizə aparır. Düşünürəm ki, bütün komandalara qarşı eyni səviyyədə və eyni tempdə hazırlaşmaq lazımdır. Bu mənada “Simurq” da istisna təşkil etmir.
- “İnter”in oyun üslubu haqda nə düşünürsüz?
- Yaxşı komandadı, texniki və taktiki baxımdan xoş təsir bağışlayır. Biz komanda oyununa üstünlük veririk. Sürətli oyun və ötürmələr, o cümlədən, əks-hücumlarda rəqibi yaxalamaq bacarığı var bizim komandada.
- Komandanız arxada qalan turlarda özünü heç də yaxşı göstərə bilmədi. Bunu nə ilə əsaslandırardınız?
- Ötən turlarda yaxşı təsir bağışlamamağımızı düşünmürəm. 1 məğlubiyyət, son 4 oyundan üçündə 100 faizlik nəticə komandanın potensialından xəbər verir. “İnter” qarşıdakı turlarda daha yaxşı nəticə nümayiş etdirəcək.
- Çempionatın səviyyəsi barədə nə deyərdiz?
- İnkişaf edir. Buraya səviyyəli legionerlər gəlirlər. Futbolun inkişafı üçün zəruri addımlar atılır. Düşünürəm ki, Azərbaycan Premyer Liqasının yaxşı gələcəyi var.
- “İnter” çempion olmaq istəyir. Bu yolda hansı komandaları özünüzə maneə hesab edirsiniz?
- Dediyim kimi, cari mövsüm ilk “altılığ”a düşə biləcək çox komanda var və hər biri yuxarı yerlərə can atır. Buna görə, hər bir komandanı ciddi rəqib hesab edirəm.
- Öz potensialınızı necə, tam aça bilmisiniz?
- Hər oyuna var gücümlə hazırlaşıram və meydana çıxanda da komandaya kömək etmək istəyirəm. Amma mənim haqqımda başqaları danışsa yaxşıdı. Çox istəyirəm ki, “İnter” çempion olsun və mən də bu hədəfə çatmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
- Artıq 2 aydır ölkəmizdəsiz. Bakıya uyğunlaşa bilmisiz?
- Burada hamı mənə hörmətlə yanaşır. Qısa zaman ərzində həm komandaya, həm də Bakıya uyğunlaşdım.
- Gəlməmişdən əvvəl Azərbaycan haqda nəsə bilirdiz?
- Azərbaycan haqqında az məlumatım vardı, ancaq onu bilirdim ki, burada “Bakı” klubunun heyətində toqolu futbolçu Dare Nibombe çıxış etmişdi.
- Sizi təəccübləndirən məqamlar hansılardır?
- Bakı gözəl və müasir şəhərdir. Azərbaycanlılar mehriban və qonaqpərvərdirlər. Diqqətli və həmişə kömək göstərməyə can atmaları məni yaxşı mənada təəccübləndirir.

0
0