Mahmud Qurbanov: Onlar “Neftçi”nin adından çəkindilər
19.10.2012 - 17:53
“Oyunda istədiyimiz nəticəni əldə bilmədik. Rəqiblə müqayisədə bizim futbolçularda təcrübə çatışmır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib. Gəncəlilər Topaz Premyer Liqasının IX turunun bu gün açılış oyununda “Neftçi”yə böyük hesabla uduzub – 1:4. Hərçənd oyunda hesabı məhz “Kəpəz” açsa da, sonradan üstünlüyünü əldən buraxdı.
Qurbanovun bunu yetirmələrinin təcrübəsizliklə əlaqələndirib: “Heyətimizdə gənc futbolçular çoxdur. Onlar “Neftçi”nin adından çəkindilər. “Kəpəz”ə bundan sonra özünü göstərmək üçün yaxşı futbolçular və zaman lazımdır”.
Mənbə: pfl.az

0
0