“Futbolçuların bəziləri bundan sui-istifadə edirlər” - MÜSAHİBƏ
19.10.2012 - 23:05
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippertin apasport.az saytına müsahibəsi
- Yığma İspaniyada təlim-məşq toplanışı keçdi. Komandadan istədiyinizi ala bildinizmi?
- Öncə qeyd edim ki, bu, yeni nəsil futbolçularla toplanışımız idi. Hazırlıq müddətində futbolçuların işə yanaşması məni qane etdi. Hazırlıq müddətdə 3 yoldaşlıq görüşü keçirdik. Aydın oldu ki, bütün mövqelər optimal səviyyədə doldurulmayıb, müəyyən boşluqlar var. Bəzi mövqelərə futbolçular lazımdı. Xətlər üzrə təhlillər aparsaq, müdafiədən müəyyən qədər razı qaldım. Yarımmüdafiə və hücum isə daha çox artırmalıdır.
- Keçirdiyiniz yoxlama oyunlarında fərqli nəticələr qeydə alındı. Bu, rəqiblərin gücünün göstəricisidir, yoxsa sona doğru futbolçularda yenə yorğunluq yaranırdı?
- Rəqiblərimiz arasında Kanada digərləri ilə müqayisədə bəlkə də ən zəif idi. Amma “Malaqa” güclü rəqibdi. ABŞ isə onların hər ikisindən güclü idi. Fikrimcə, Kanadanı böyük hesabla yenə, ABŞ-la oyunda isə əksinə, böyük hesabla uduza bilərdik. Ümumi götürdükdə, uşaqların işə yanaşma tərzi müsbət idi, amma hər bir futbolçunun artırması, inkişaf etməsi lazımdır. 3 oyunun hamısında – baxmayaraq ki, ABŞ-la matçda 3 top buraxdıq - komandanın müdafiə olunması məni etdi. Əsas axsaqlıqlar hücumla və müdafiədən hücuma keçidlərlə bağlıdır. Bunun üzərində daha çox işləməliyik.
- Toplanışa gedəndə Topaz Premyer Liqasının VIII turu arxada qalmışdı və dəvət etdiyiniz futbolçular öz klublarında oynamaq imkanı əldə etmişdilər. Onların hazırlıq durumunu bir qədər də artırmaq üçün hansı məsləhətləri verdiniz?
- Xüsusilə, xarakter baxımından özlərini inkişaf etdirsələr daha yaxşı olar. Sözsüz ki, yığmanın heyətində daim başqa ölkənin ən yaxşılarına qarşı mübarizə aparırsan. Klublarda isə həmişə belə olmur. Əlbəttə, komandada biz hər şeyi yaxşı oyunla yoluna qoymağa çalışırıq. Təkbətək mübarizələr zamanı daha ürəklə, çəkinmədən oynamalarını istərdim. Bizdə əvvəllər gənc futbolçular əsas komandada oynamasalar belə, onlarla məşq edirdi. İndi qaydalara görə, məcburən oynadılırlar. Problem ondadır ki, həmin futbolçuların bir qismi güclü olduqlarına görə yox, qaydaların tələbinə uyğun olaraq meydana buraxılır. Bəzi futbolçular bundan sui-istifadə edirlər. Özlərini nə fiziki, nə də düşüncə baxımından inkişaf etdirməyi, artırmağı düşünmürlər.
- Yeri gəlmişkən, həmin qaydanın faydası hiss olunurmu?
- Bəli. Artıq oyunçu seçimi bir qədər artıb. Həm də futbolçular oynayır, təcrübə toplayırlar. Onlar üçün oyun təcrübəsi əvəzolunmazdır. Yuxarıda qeyd etdiyim kimi, qaydaların tələbinə uyğun oynamaq hüququ qazanırsansa, bu, səni razı salmamalıdır. Burda söhbət bəzi futbolçulardan gedir. Amma adlarını deməyəcəm. Onlar özlərindən daha çox şey tələb etməlidirlər. Bunu həmin futbolçularda görmürəm.
- Bu sualı sizə həm də millinin texniki direktoru olduğunuz üçün veririk. Həm U-17, həm də U-19 Avropa çempionatında mübarizəyə başlayır. Hansı komandanın oyunlarını izləməyi düşünürsüz?
- U-19-un oyunlarını izləmək üçün Zaqrebə gedəcəm. Rəqiblərin səviyyəsi ilə bağlı ətraflı məlumatım yoxdur. U-21-in rəqibləri haqda xəbər alsanız, cavab verə bilərdim. Hesab edirəm ki, hər bir məşqçi öz komandasının rəqibləri haqda daha çox məlumatlı olmalıdır. Həm də məşqçi həmkarlarımın işinə qarışmaq istəmirəm. U-19-un oyunlarını izləməkdə məqsədim odur ki, həmin komandadan U-21 üçün futbolçu seçmək mümkündür.
- Qrupdan çıxmaq şansımız nə dərəcədədir?
- Aşağı yaş qrupları bir qədər sürüşkəndir. Bir anın içində çox şey dəyişə bilər. Ona görə də, dəqiq söz demək mümkün deyil. Bu cür komandalarda oyuna hazır olma çox həlledici rol oynayır.
- U-21 gələn ay Moldova ilə qarşılaşacaq. Komanda nə vaxt toplaşacaq?
- Noyabrın 9-da bir araya gələcəyik. Oyun isə ayın 14-də keçiriləcək. Moldova yığmasından başqa, çalışacağıq ki, klub səviyyəsində belə olsa, daha bir oyun keçirəcək, uşaqlar daha çox oyun təcrübəsi qazansın. Hazırda bunun üzərində işləyirik.

0
0