“Aleksin Türkiyədəki karyerası bitməyib”
19.10.2012 - 23:30
“Aleksin Türkiyədəki karyerası bitməyib. Əminəm ki, o da mənim kimi geri qayıdacaq. İnsan Türkiyəyə gələndə və buranı tərk edəndə ağlayır. Bu qərar tamamilə Əziz Yıldırıma aiddi. Aleks çox yaxşı oyunçudu. Eyni şeylər mənim də başıma gəlmişdi. Çox pis duyğudu. Amma indi mən yenə buradayam”. Apasport.az saytının xəbərinə görə, bu sözlər "Beşiktaş" klubunun sabiq hücumçusu Paskal Numanın dilindən səslənib.
Fransalı futbolçu Türkiyədə qatıldığı bir tədbirdə bu haqda danışıb. Tədbir çərçivəsində 13 yaşlı yeniyetmələrə futbol təhsili verən Numa hazırda Aleksi ən yaxşı başa düşən insanın özü olduğunu qeyd edib.
Xatırladaq ki, 2003-cü ildə "Beşiktaş"dan ayrılan Paskal daha sonra yenidən Türkiyəyə qayıdıb və hazırda bu ölkədə yaşayır.

0
0