Rüştü də ABŞ-a gedir
19.10.2012 - 23:53
Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəcbər Amerika çempionatında əlcək geyməyə çox yaxındı. Apaspor.az saytının xəbərinə görə, bunu qolkiperin özü ifadə edib. Təcrübəli oyunçu MLS-də mübarizə aparan "Los Anceles Qalaksi" ilə görüşdüyünü açıqlayıb.
39 yaşlı qolkiper danışıqların müsbət sonlanması üçün kiçik nüansların qaldığını bildirib: "ABŞ-dan iki komanda ilə görüşürəm. Bunlardan biri "Qalaksi"di. Böyük ehtimalla 10 gün içində hər şey dəqiqləşəcək. Hazırda müqavilə müddətində bəzi məsələlər üzərində dayanmışıq. Mən 2 illik müqavilə istədiyim halda onlar 1 illlik istəyir. 1 illik olarsa, qəbul etməyəcəm. Çünki ABŞ-a ailəmlə birlikdə gedəcəm. Uşaqlarımın məktəbi var. Burada qurduğumuz həyatı 1 illik karyera üçün pozmaq istəmirəm".
Məlumatınız olsun ki, Rüştü karyerası boyu ölkə xaricində yalnız "Barselona"da forma geyib.

0
0