Milli futbolçulara “tvit” qadağası
20.10.2012 - 00:01
İngiltərə Futbol Federasiyası (İFF) yığmanın oyunçularına "tvitter"dən istifadəni müəyyən vaxtlarda qadağan edib. Apasport.az saytının xəbərinə görə, buna səbəb Eşli Koulun sözügedən şəbəkədə federasiyanın ünvanına səsləndirdiyi ifadədi.
Rəsmiləri "bir sürü axmaq" adlandıran oyunçunun etdiyi hərəkətin təkrarlanmamağı üçün federasiya belə bir addım atıb.
Qərara əsasən, yığma üzvləri matçlardan 24 saat əvvələdək milli komanda ilə bağlı heç bir fikir səsləndirməməlidi.
İFF bildirib ki, qadağaya uymayan futbolçular milli komandaya çağırılmayacaq. Eyni zamanda federasiya yığmanın üzvlərinə önəmli matçlardan əvvəl videooyunlar oynamağı da qadağan etməyi planlaşdırır.

0
0