Buraxma intervalı
20.10.2012 - 14:32
30-cu dəqiqə gedir. İlahi, biz hələ də qol buraxmamışıq!
45-ci dəqiqə. Millimiz əzmlə müdafiə olunur, müdafiəçilərimiz özlərini şəhid edirlər, rəqib futbolçuların ayaqlarının altına atılır, hava toplarını götürmək üçün rusların belinə minirlər. Gözlərim yaşardı. Hiss edirəm ki, içimdəki qürur hissi böyüyür, böyüyür və televizorun ekranından içəri atılıb, bu şücaətli, qəhrəman futbolçuların üzündən març-murçla öpmək istəyirəm.
Fasilə... Düşünürəm, görəsən, yığmamızın ağıllı, mərd, cəsur sərkərdəsi Berti Foqts bu an paltardəyişmə otağında futbolçularımıza nə deyir? Bəlkə də onları ruhlandırmaq üçün möhkəm səslə danışır. Ya da bəlkə bir ata nəvazişiylə hər futbolçuya ayrı-ayrılıqda yaxınlaşır, qulaqlarına sakit səslə pıçıldayır: "Az qalıb, bir azca da döz. Döz, döz! Bir azca da döz! Bunu da mən özüm üçün pıçıldayıram.
Düdddd... fasilə bitdi, makedoniyalı İsgən... Yox, makedoniyalı hakim fitini səsləndirir, komandalar meydana çıxır. Diqqətlə futbolçularımızın üzünə baxıram. İrəli, Azərbaycan oğlu, irəli, rəşadətli komanda! Futbolçularımızdan biri diqqətlə göyə baxır (yəqin ürəyində Allaha dua edir), bir başqası hirslə burnunu silir, digəri oyundaşının qulağına nəsə pıçıldayır (yəqin "nə olur olsun, biz uduzmayacağıq" deyir). Mən isə bütün bunları məhəbbətlə izləyirəm.
Hələ Berti Foqtsun qayğılı gözləri... Bir almanın gəlib burada Azərbaycan millisinə rəhbərlik etməsi, bir azərbaycanlı kimi qol buraxmadığımız dəqiqələri böyük həyəcan, stress içində sayması... Yox, mən ağlayacam. Artıq dözə bilmirəm.
50-ci dəqiqə. Biz hələ də qol buraxmamışıq. Ayağa durub saatın əqrəbini yarım saat irəli dartmaq keçir içimdən. Rusiyalı futbolçunun təhlükəli zərbəsindən sonra fikrimdən daşınıram. Birdən mənə elə gəlir ki, ayağa dursam, komandamız qol buraxacaq. Üstündə uzandığım döşəkçədən (sizə də məsləhət, Azərbaycan millisinin oyunlarını izləyirsizsə, mütləq uzanın) bərk-bərk yapışıram.
60-cı dəqiqə. Ruslar dəli olurlar, başlarını itirmək üzrədilər. Dünyaca məşhur Fabio Kapello millimizin qapısına yol tapmaq üçün baş sındırır. Amma xeyri yoxdu, Rusiya millisinin hücumları gəlir, gəlir, qapımızın ağzında külə çevrilir, havaya uçur. Futbolçularımız qapımıza pir, məbəd, şərəf yeri kimi baxırlar. Onu elə qoruyurlar ki...
Kövrəlirəm. Əlimlə sağ yanağımdan axan bir damla yaşı silirəm. Fikir verirəm, heç bir futbolçumuzun gözü rəqib qapısında deyil. Bu, nədi? Nə deməkdi? Milliyə olan sevgim bunda pis nəsə axtarmağa imkan vermir, rəqib komandanın qapısında gözü olmamağın bircə adı var: gözütoxluq! Bu dəfə sol yanağımdan axan yaşı silirəm.
80-ci dəqiqə! Allahım, ya Rəbbim, biz hələ də dözürük! Bir xala çox yaxınıq. Futbolçularımız qan-tər içində qaçırlar. Foqtsa baxıram, tez-tez ayağa durur, futbolçulara nəsə qışqırır. Elə bu vaxt başqa qışqırtı eşidilir. Az.TV-nin şərhçisidi. Makedoniyalı hakim penalti nöqtəsini göstərir. Əlbəttə, futbolçularımızın rəqib qapısına gözlərinin ucuyla da baxmadıqlarını nəzərə alsaq, bu zəhrimar penalti bizim qapıya təyin olunub.
Kamran, ümidlər sənədi. Çıxara biləcəksənmi? Bacaracaqsanmı? Tuta biləcəksənmi? Yapacaqsanmı, arkadaş?
Buraxdı. Kamran topu buraxdı. Əlim döşəkçəni buraxdı. Dilim saniyələri saymağı buraxdı. Döyüntülər ürəyimi buraxdı. Yığmamız yenə buraxdı...
Özümə söz vermişəm, gələn dəfə millinin oyununa 84-cü dəqiqədən baxacam. Hesablamışam, Portuqaliya ilə matçda daha tez buraxmışdıq, ruslarla görüşdə 84-cü dəqiqədə buraxdıq. Buraxma intervalını nəzərə alsaq, Şimali İrlandiya ilə qarşılaşmada 90-cı dəqiqəyə yaxın buraxmalıyıq. Siz də hesabınızı düz götürün ki, çox şey buraxmalı olmayasız.
Nicat
Sport-Ekspress

0
0