Millimiz darmadağın olub, qrupda qaldı - YENİLƏNİB
01.11.2012 - 15:55
Millimiz darmadağın olub, qrupda qaldı - YENİLƏNİB
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində bu gün ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu komandamız bu dəfə çox çətin sınaq qarşısında qalıb.

Belə ki, Avropanın ən güclülərindən olan İsveçlə qarşılaşan yığmamız 1:7 hesabı ilə uduzub. İlk oyununda Avstriyaya məğlub olan (1:4) komandamızın bununla da qrupda qalması rəsmiləşib.

1 noyabr

İsveç – Azərbaycan – 7:1
QOLLAR: Jonna Andersson, 11-pen, Linda Hallin, 27, 68, Nelle Ohlsson, 30, Stina Blakstenius, 49, Anna Oskarsson, 59, 63 – Melis Sarıaltın, 32
Baş hakim: İrina Tereşenko (Rusiya)
Lindabrunn. “Lindabrunn” stadionu

Qeyd edək ki, yığmamız qrupda son oyununu noyabrın 3-də Bakı vaxtilə saat 18:00-da Xorvatiya ilə keçirəcək.