Topaz Premyer Liqası: XII turun oyunlarının vaxtı açıqlandı
01.11.2012 - 13:26
Topaz Premyer Liqası: XII turun oyunlarının vaxtı açıqlandı
Topaz Premyer Liqasında XII turun oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 3-də Gəncədə start götürəcək oyunlar bir gün sonra Lənkəranda yekunlaşacaq.

Turun mərkəzi “Qəbələ” – “Neftçi” matçı da məhz ilk yarış gününə təsadüf edəcək.

3 noyabr (şənbə)

14:00. “Kəpəz” – “Bakı”
Gəncə şəhər stadionu

15:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

4 noyabr (bazar)

14:00. “Sumqayıt” – “İnter”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu,

14:00. “Turan” – “Simurq”
Tovuz şəhər stadionu

15:00. “Qarabağ” – AZAL
T.Bəhramov adına Respublika stadionu

16:00. “Xəzər Lənkəran” – “Rəvan”
Lənkəran şəhər mərkəzi stadionu