Akif İsmayılov: Heç “Neftçi” kassanın açarlarını istəməyib
01.11.2012 - 14:56
Akif İsmayılov: Heç “Neftçi” kassanın açarlarını istəməyib
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Neftçi” noyabrın 8-də növbəti oyununu keçirəcək. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar” həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda Kazanın “Rubin” klubunu qəbul edəcək.

Artıq sabahdan bu matçın biletlərinin satışa çıxarılacağı, hətta biletlərin qiymətinin 2,5 manat olacağı bildirilir.

Bununla bağlı apasport.az saytına açıqlama verən mərkəzi arenanın direktoru Akif İsmayılov bildirib ki, bilet satışından xəbərsizdir: “Vallah, bilet satışı haqda heç bir məlumatım yoxdu. Gələn həftə oyun keçiriləcək. Amma mənə biletlərin qiyməti və satışı haqda heç nə deyilməyib. Heç “Neftçi” stadionun kassasının açarlarını da məndən istəməyib”.