Azərbaycanda işləyirdi, “Dənizlispor”un baş məşqçisi oldu
01.11.2012 - 15:06
Azərbaycanda işləyirdi, “Dənizlispor”un baş məşqçisi oldu
Həmyerlimiz Rail Məlikovun cari mövsümdən şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubunda baş məşqçi dəyişikliyi olub.
Apasport.az saytının məlumatına görə, I liqada mübarizə aparan Dənizli təmsilçisi Engin İpəkoğlunu istefaya göndərib.

Komandanın “sükanı arxası”na gətirilən mütəxəssis də türkiyəlidir. Belə ki, həmin post vaxtilə “Turan”da işləmiş Səlahəttin Dərvəntə etibar edilib.

Dərvənt Tovuz klubuna 2004-cü ilin yayında Naci Şensoyla birgə gəlmişdi. Şensoyun yoxluğunda bir müddət “Turan”ı çalışdıran Dərvənt artıq “Dənizlispor”u ilk məşqə çıxarıb. Məlikov “Bakı”da oynadığı vaxtda tovuzlularla matçlarda Dərvəntə rəqib olub.