Ramiz Kərimov qapıçılarla iş üzrə məşqçi işləyə bilər
01.11.2012 - 16:23
Ramiz Kərimov qapıçılarla iş üzrə məşqçi işləyə bilər
“Qəbələ”nin sabiq meneceri və tərcüməçisi Ramiz Kərimovun tezliklə yeni iş yerinə aydınlıq gələcək. Bunu apasport.az saytına açıqlamasında Kərimovun özü deyib.

Ramiz Məmmədovun təyinatından sonra klubdan göndərilən Kərimov qapıçılarla iş üzrə məşqçi vəzifəsində çalışa bilər: “Qəbələ”dən ayrıldıqdan sonra işsizəm. Ancaq yaxın günlərdə yeni iş yerimə aydınlıq gələcək. Ya futbol, ya da qeyri-futbol sahəsində işimi davam etdirəcəm. Futbol sahəsində çalışsam, qapıçılarla bağlı məşqçi işləyəcəm. Mən hələ “Qəbələ”də işlədiyim dövrdə “C” kateqoriyasını oxuyurdum. O zaman mənə məşqçilərdən biri tərəfindən bu post təklif olunmuşdu. Əgər bu variant alınmasa, karyeramı neft sektoruna aid sahədə davam etdirəcəm”.

Qeyd edək ki, hazırda “Qəbələ”də bu funksiyanı Məhəmməd Əzizli yerinə yetirir. O əvvəl bu klubda Futbolun Kütləviləşdirilməsi Departamentinin rəhbəri Co Doylun müavini olub.