“Dənizlispor”da qalmaqal: Futbola nifrət etdim
01.11.2012 - 16:36
“Dənizlispor”da qalmaqal: Futbola nifrət etdim
Həmyerlimiz Rail Məlikovun çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubunda baş məşqçi dəyişikliyi qalmaqala səbəb olub. Apasport.az saytının məlumatına görə, istefaya göndərilən Engin İpəkoğlu prezident Süleyman Urkayı tənqid atəşinə tutub.

O, 35 ildir futbolda olduğunu və “Dənizlispor”da yaşadıqları ilə heç bir klubda üzləşmədiyini bildirib: “Buradan futbola nifrət etdiyim üçün getdim. Prezident bu komandanı oyuncaq halına gətirmişdi. Onun kuklası olmadığın üçün vəzifəmdən çıxarıldım. Menecer oyun öncəsi gəlib deyir ki, prezidentin istəyi ilə bu futbolçunu oynadacaqsan. Belə səfehlik olarmı? Bu cür davranışlar tək “Dənizlispor”a deyil, türk futboluna da zərər vurur”.

Bu mövzuda danışmaq istəməyən Urkay isə İpəkoğlu ilə mədəni insanlar kimi ayrıldıqlarını söyləyib: “Bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Son nəticədə ortada uğursuzluq var. “Dənizlispor” indi xal sıralamasında yeri daha üst sıralar olmalı idi. Polemika istəmirəm. Nə etdimsə, “Dənizlispor”un mənfəətləri üçün etdim”.