Vəli Qasımovu üzən məşqçi danışdı
01.11.2012 - 18:11
Vəli Qasımovu üzən məşqçi danışdı
“Məqsədimiz qrupda birinci yeri tutmaq idi və biz bu tapşırığın öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Dinko Yeliçiç deyib.

O bildirib ki, komandası elit mərhələni də keçməyə qadirdi: “Yazda start götürəcək elit mərhələnin oyunlarına kifayət qədər vaxtımız var. Ona kimi yaxşı hazırlaşacağıq. Elit mərhələdə də komandamın məqsədi qrupu lider kimi başa vurub Avropa çempionatına vəsiqə qazanmaq olacaq. Mən komandama təşəkkürümü bildirmək istəyirəm. Çünki bütün oyunçular mükəmməl çıxış etdi”.

Qeyd edək ki, Xorvatiya seçmə mərhələdə Azərbaycan, İslandiya və Gürcüstanla bir qrupda yer almışdı. Xorvatlar dünən yığmamızı 7:1 hesabı ilə məğlub edib ki, qollardan 5-ni “Hayduk”un hücumçusu Tomislav Kiş vurub. Nəticədə meydan sahibi olan slavyanlar 7 xalla 1-ci, komandamız isə 1 xalla sonuncu pillədə başa vurub.