Emin Mahmudov Rusiya yığmasına çağırıldı
01.11.2012 - 21:16
Emin Mahmudov Rusiya yığmasına çağırıldı
Moskva “Spartak”ının azərbaycanəsilli futbolçusu Emin Mahmudov Rusiya U-21 yığmasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçinin adı noyabrın 14-də İspaniyanın Marbelya şəhərində keçiriləcək Slovakiya ilə yoldaşlıq matçı üçün açıqlanan heyətə salınıb.

Komandanın baş məşqçisi Nikolay Pisarev bu görüşlərdən sonra AÇ-2013-ün final mərhələsinə aparacağı futbolçuları böyük ölçüdə müəyyənləşdirəcək.

Xatırladaq ki, ötən mövsümün ikinci yarısını "Tom"da icarə əsasında keçirən, Unay Emerinin gəlişindən sonra isə "Spartak"ın əsas heyətindəki yerini itirən və daha çox əvəzedici komandaların çempionatında forma geyən Mahmudov bir müddət əvvəl Azərbaycan yığmasında təklif almış, amma yekun cavab verməmişdi.