“Dinamo” ÇL-lə vidalaşır, “şəhərlilər” fiaskoya doğru
07.11.2012 - 01:48
UEFA Çempionlar Liqasında IV turun ilk oyun gününə yekun vurulub. Apasport.az saytı xəbər verir ki, günün nəticələrinə görə, A, B və C qruplarında aşkar autsayderlərin adına və qrupdan hansı komandaların çıxacağına böyük ölçüdə aydınlıq gəlib.
"Dinamo" (Zaqreb) 2012/13-cü illər Çempionlar Liqasını rəsmən tərk edən ilk klub oldu. Səfərdə PSJ-yə 0:4 hesabı ilə yenilən xorvatiyalılar üçün artıq 2-ci yer də əlçatmaz görünür. Onların Avropa Liqasına şansları qalsa da, bu, da inandırıcı deyil; Kiyev "Dinamo"su ilə şəxsi görüşdə ukraynalıları heç-heçə də qane edir. Bu qrupun əsas sualı PSJ və "Porto"dan hansının 1-ci yeri tutmasıdır.
C qrupunda "Malaqa"nın səfərdə "Milan"la heç-heçə oynaması, "Anderlext"in isə evdə "Zenit"i yenməsi nəticəsində mənzərə aydınlaşdı. İspanlar və italyanlar 1-2-ci, ruslar və belçikalılar isə 3-4-cü yerləri öz aralarında böləcəklər.
Günün oyunlarından sonra B qrupunda pley-offa çıxmaq uğrunda mübarizə gərginləşdi. Fransanın son çempionu səfərdə "Olimpiakos"a da uduzduqdan sonra nəinki pley-off, hətta Avroliqa şansını çətinə saldısa, digər 3 kollektiv sona qədər iki vəsiqə uğrunda "vuruşacaq".
Nəhayət, D qrupunda gözlənilməz nəticələr davam edir. Bu tur "Real" və “Mançester Siti” öz oyunlarının favoritləri olsalar da, hər ikisi uzun müddət geridə olduqları matçdan yalnız 2:2-lik bərabərliklə çıxmağı bacardılar.
Bu heç-heçə ilə Mançester təmsilçisi fiaskonun təməlini qoydu. Çətin ki Roberto Mançininin yetirmələri qalan iki turda vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarsın. "Ayaks"ın belə oyunu ilə ingilislər üçün hətta Avroliqa da əlçatmaz görünür.
6 noyabr
A qrupu
“Dinamo” (Kiyev, Ukrayna) – “Porto” (Portuqaliya) 0:0
İlk dövrədəki oyun – 2:3
PSJ (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya) 4:0
Aleks, 16 (1:0): Matuidi, 61 (2:0); Menez, 65 (3:0); Oaro, 80 (4:0)
İlk dövrədəki oyun – 2:0
B qrupu
“Şalke” (Almaniya) – “Arsenal” (İngiltərə) 2:2
Uolkott, 18 (0:1); Jiru, 26 (0:2); Huntelaar, 45 (1:2); Farfan, 67 (2:2)
İlk dövrədəki oyun – 2:0
“Olimpiakos” (Yunanıstan) – “Monpelye” (Fransa) 3:1
Maşadu, 4 (1:0); Belhanda, 67-pen (1:1); Qreko, 80 (2:1); Mitroğlu, 82 (3:1)
İlk dövrədəki oyun – 2:1
C qrupu
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) 1:0
Mbokani, 17
İlk dövrədəki oyun – 0:1
“Milan” (İtaliya) – “Malaqa” (İspaniya) 1:1
Elizeu, 40 (0:1); Pato, 73 (1:1)
İlk dövrədəki oyun – 0:1
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Ayaks” (Hollandiya) 2:2
S. de Yonq, 10 (0:1); S. de Yonq, 17 (0:2); Y. Ture, 22 (1:2); Aquero, 74 (2:2)
İlk dövrədəki oyun – 1:3
“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:2
Roys, 28 (0:1); Pepe, 34 (1:1); Arbeloa-öz qapısına, 45 (1:2); Özil, 89 (2:2)
İlk dövrədəki oyun – 1:2

1 | Porto | 4 | 3 | 1 | 0 | 6-2 | 10 |
2 | PSJ | 4 | 3 | 0 | 1 | 10-2 | 9 |
3 | Dinamo (K) | 4 | 1 | 1 | 2 | 5-7 | 4 |
4 | Dinamo (Z) | 4 | 0 | 0 | 4 | 0-10 | 0 |
B qrupu
“Şalke” (Almaniya) – “Arsenal” (İngiltərə) 2:2
Uolkott, 18 (0:1); Jiru, 26 (0:2); Huntelaar, 45 (1:2); Farfan, 67 (2:2)
İlk dövrədəki oyun – 2:0
“Olimpiakos” (Yunanıstan) – “Monpelye” (Fransa) 3:1
Maşadu, 4 (1:0); Belhanda, 67-pen (1:1); Qreko, 80 (2:1); Mitroğlu, 82 (3:1)
İlk dövrədəki oyun – 2:1
1 | Şalke | 4 | 2 | 2 | 0 | 8-5 | 8 |
2 | Arsenal | 4 | 2 | 1 | 1 | 7-6 | 7 |
3 | Olimpiakos | 4 | 2 | 0 | 2 | 7-7 | 6 |
4 | Monpelye | 4 | 0 | 1 | 3 | 5-9 | 1 |
C qrupu
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) 1:0
Mbokani, 17
İlk dövrədəki oyun – 0:1
“Milan” (İtaliya) – “Malaqa” (İspaniya) 1:1
Elizeu, 40 (0:1); Pato, 73 (1:1)
İlk dövrədəki oyun – 0:1
1 | Malaqa | 4 | 3 | 1 | 0 | 8-1 | 10 |
2 | Milan | 4 | 1 | 2 | 1 | 4-4 | 5 |
3 | Anderlext | 4 | 1 | 1 | 2 | 1-4 | 4 |
4 | Zenit | 4 | 1 | 0 | 3 | 3-7 | 3 |
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Ayaks” (Hollandiya) 2:2
S. de Yonq, 10 (0:1); S. de Yonq, 17 (0:2); Y. Ture, 22 (1:2); Aquero, 74 (2:2)
İlk dövrədəki oyun – 1:3
“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 2:2
Roys, 28 (0:1); Pepe, 34 (1:1); Arbeloa-öz qapısına, 45 (1:2); Özil, 89 (2:2)
İlk dövrədəki oyun – 1:2
1 | Borussiya D | 4 | 2 | 2 | 0 | 6-4 | 8 |
2 | Real (M) | 4 | 2 | 1 | 1 | 10-7 | 7 |
3 | Ayaks | 4 | 1 | 1 | 2 | 6-8 | 4 |
4 | Mançester S | 4 | 0 | 2 | 2 | 6-9 | 2 |
0
0