“İnter” AZAL-la qarşılaşacaq
06.11.2012 - 14:05
Noyabrın 4-də “Sumqayıt”la keçirilən oyundan sonra “İnter”in futbolçularına 3 günlük istirahət verilib. Apasport.az saytının xəbərinə görə, komanda ayın 8-də “Şəfa” stadionunda məşqlərə başlayacaq.
Bundan başqa, “İnter” milli komandanın 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində Şimali İrlandiya yığmasıyla keçirəcəyi oyunla əlaqədar yaranmış fasilədən istifadə edərək yoldaşlıq matçı da keçirməyi planlaşdırır. Noyabrın 12-də “bankirlər” AZAL ilə qarşılaşmağı düşünür. Oyunun “Şəfa” stadionunda baş tutacağı gözlənilir.

0
0