Mahir Məmmədov: Bu, böyük uğurdur - VİDEO
06.11.2012 - 15:24
Bu gün AFFA-nın inzibati binasında Sahə Futbol Federasiyaları İctimai Birliyinin növbəti hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, ötən 4 il ərzində görülən işlər barədə məlumat verən İctimai Birliyin prezidenti Mahir Məmmədov qeyd edib ki, Sahə Futbol Federasiyası tərəfindən AFFA-nın bayrağı altında futbolun müxtəlif növlərinin inkişafı və tərəqqisi üçün çempionatlar, beynəlxalq turnirlər, uşaqların, həvəskarların və əllilərin yarışları təşkil edilib: “Belə ki, futzal üzrə çempionat və kubok oyunları gərgin idman mübarizəsi şəraitində keçərək böyük sayda azarkeş cəlb edir. Bunun nəticəsi olaraq beynəlxalq arenada da futzalçılarımız uğur qazanıblar. Milli komandamız Avropada dördüncü, “Araz” klubu isə üçüncü yerə nail olub. Bu futzal tariximizdə ən böyük uğurdur. Hesabat dövründə çimərlik futbolunda qazanılan uğurlar da bizi sevindirib. Azərbaycanda yeni yaranmış bu futbol növü qısa müddətə populyarlıq qazanıb. Bunun nəticəsi olaraq komandamız bir neçə beynəlxalq yarışlarda uğurlara imza atıb. Onlar “Avropa Kuboku-2008” (III yer), “Almaniya Cup” (II yer), “Cross Challenge Cup” (III) yer və Avropa Çempionatının final mərhələsində çıxış ediblər”.
O bildirib ki, Sahə Futbol Federasiyasına daxil olan Həvəskarlar Federasiyasının əsas məqsədi gənclər arasında futbolu kütləviləşdirmək məqsədi daşıyır: “Federasiya qarşısında qoyulan bu məqsədə layiqincə əməl edib. Deyə bilərəm ki, 2011-2012-ci il mövsümündə respublika çempionatında 17 komanda, 714 futbolçu iştirak edib. Kubok yarışlarında isə 16 komanda, 672 futbolçu iştirak edib. Sahə Futbol və Həvəskarlar federasiyalarının birgə təşkilatçılığı altında keçirilən bu turnirlər yüksək səviyyədə təşkil olunub”.
Məmmədov Əlillər Federasiyasının da nəzərdən kənarda qalmadığını deyib: “Onlar arasında daim çempionat və turnirlər keçirilir. 16 yaşa qədər eşitməqüsurlu əllilərdən ibarət milli komanda son illər Slovakiyada futzal üzrə beynəlxalq turnirdə iştirak edib və qənaətbəxş nəticələr göstərib. 2010 və 2012-ci illərdə AFFA-nın və Sahə Futbol Federasiyasının dəstəyi ilə eşitməqüsurlu əlillərdən ibarət milli komandamız Latviyada təşkil olunmuş turnirlərdə qalib gəlib”.
Onun sözlərinə görə, hesabat dövründə AFFA-nın və SFF təşkilatçılığı ilə Azərbaycanda bir necə beynəlxalq turnirlər keçirilib: “2008-ci ildən ənənəvi olaraq futzal üzrə Bakı Beynəlxalq Turniri keçirilir. Dünya və Avropa çempionatlarının qrup mərhələsinin seçmə oyunlarına ev sahibliyi etmişik. AFFA Futbol Mərkəzində Çimərlik futbolu üzrə “Avropa Kuboku-2008” təşkil olunub. Bütün bu işlərin həyata keçirilməsində bizə daim dəstək olduğuna görə AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
Hesabatla bağlı videoçarx nümayiş etdirildikdən sonra Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov, Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov və başqaları çıxış edərək Sahə Futbol Federasiyaları İctimai Birliyinin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsini təklif etdilər. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Maliyyə hesabatı və növbəti ilin büdcəsi təsdiqləndikdən sonra Konfrans iştirakçılarının yekdil səsi ilə Mahir Məmmədov növbəti dəfə Sahə Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçilib.
Tələbə Futbol Federasiyasının Sahə Futbol Federasiyaları İctimai Birliyinə üzvlüyə qəbulu ilə bağlı müraciətinə baxılıb və müsbət qərar qəbul olunub.
Konfransda iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından yeni seçilmiş prezidenti təbrik edib, Sahə Futbol Federasiyaları İctimai Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yeni seçilmiş İdarə Heyətinin ilk iclasında Rüfət Əmirov yenidən Sahə Futbol Federasiyaları İctimai Birliyinin vitse-prezidenti seçilib.
Mənbə: affa.az

0
0