Əvvəl Berdıyev, sonra Hacıyev
06.11.2012 - 15:51
Əvvəl Berdıyev, sonra Hacıyev
“Neftçi”nin və “Rubin”in baş məşqçilərinin iştirakı ilə keçiriləcək mətbuat konfranslarının vaxtı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, “Rubin” sabah təxminən saat 16:30-da ölkəmizdə olacaq.

17:30-da “Rubin”in çalışdırıcısı Kurban Berdıyevin mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə tatarlar jurnalistlərin işıqlandıra biləcəyi açıq məşqə çıxacaq.

Flaqmanın baş məşqçisi Böyükağa Hacıyev isə mətbuat nümayəndələrinin suallarını saat 19:30-da cavablayacaq. “Neftçi”nin açıq məşqi təxminən bir saat sonra olacaq. Hər iki konfrans və açıq məşq oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Komandaların hazırlıq prosesinin yalnız ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.

Qeyd edək ki, “Neftçi” – “Rubin” görüşü noyabrın 8-də mərkəzi arenada keçiriləcək. Portuqaliyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma saat 21.00-da start götürəcək.