Moldova millimizlə oyuna 11 debütant çağırdı
06.11.2012 - 16:48
Moldova millimizlə oyuna 11 debütant çağırdı
Noyabrın 14-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Moldova millisinin heyəti açıqlanıb. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Aleksandr Kurteyan 23 futbolçuya dəvət göndərib.

Maraqlıdır ki, bu futbolçulardan 11-i debütantdır. Kurteyanın komandaya dəvət etdiyi heyətdə 2 legioner alıb ki, bunlar da Fransa və Rumıniyanın aşağı dəstələrində mübarizə aparan klubların üzvləridir. Yığmaya yerli klublardan ən çox futbolçu verən isə “Şerif”dir.

Qapıçılar: Aleksey Koşelyov (Real-Sukçes), Vyaçeslav Voloşin (Dinamo-Avto)

Müdafiəçilər: İvan Prodan (Sperantsa), Maksimilian Modırka (Daçiya-2 Buyukan), Artyom Xaçaturov, Yevgeni Şvedul, Konstantin Tsurkan (hamısı “Şerif”), Konstantin Boqdan (Zimbru)

Yarımmüdafiəçilər: Vadim Ratsa, Vyaçeslav Lisa, Vadim Oleynik (hamısı “Şerif”), Yevgeni Koçuk (Daçiya-2 Buyukan), Vasili Soltan (FK Tiraspol), Georgi Anton (Zimbru), Aleksey Solomin (Akademiya), Sergey Matey, Valeri Tiron (hər ikisi “Veris”), Yevgeni Zastavnı (“Bonifatsio”, Fransa), Yevgeni Qorçaq (“Rapid-ÇFR”, Rumıniya), Vladimir Rassulov (Sperantsa)

Hücumçular: Maksim Fokşa (Dinamo-Avto), Nikolay Milinçanu (Veris), Sergey Patik (Zimbru)

Qeyd edək ki, Moldovadan fərqli, millimizə 18 futbolçu çağırılıb. Bunların isə hamısı çempionatımızda çıxış edən oyunçulardır.

Orheyev şəhərində baş tutacaq qarşılaşma saat 15.00-da başlayacaq.