“Bakı”nın müdafiəçisi Misirlə oyuna dəvət aldı
06.11.2012 - 17:30
“Bakı”nın müdafiəçisi Misirlə oyuna dəvət aldı
“Bakı”nın müdafiəçisi Georgi Popxadzeyə yığmasından yenə dəvət gəlib. Apasport.az saytının məlumatına görə, Gürcüstan millisinin baş məşqçisi Temuri Ketsbaya onu noyabrın 14-də Misirlə baş tutacaq yoldaşlıq görüşünə çağırıb.

Qeyd edək ki, Popxadze son dövrlər “Bakı”nın əsas heyət oyunçusu olmasa da, yığmasına çağırılır. O bundan öncə oktyabrda Finlandiya və Belarusa qarşı keçirilmiş seçmə mərhələ oyunları üçün millisinin düşərgəsinə yollanmışdı.